Azərbaycan əsas tədarük bazarından xam şəkər alışını 3 dəfəyə yaxın artırıb

Biznes
  • 30 aprel, 2025
  • 13:32
Azərbaycan əsas tədarük bazarından xam şəkər alışını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 27,31 milyon ABŞ dolları dəyərində 48 387 ton xam şəkər idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 87 % çoxdur.

Hesabat dövründə Azərbaycan Braziliyadan 21,95 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 39 764 ton (+2,6 dəfə), Rusiyadan 5,36 milyon ABŞ dolları dəyərində (-24 %) 8 622 ton (-20 %), Kolumbiyadan 1,29 min ABŞ dolları dəyərində (-82 %) 0,54 ton (-84 %), Almaniyadan 0,83 min ABŞ dolları dəyərində 0,24 ton (bir il əvvəl tədarük olmayıb), Mavrikiyadan 0,68 min ABŞ dolları dəyərində (-71 %) 0,15 ton (-82 %), məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 273 844 ton xam şəkərin 93,3 %-i Braziliyanın payına düşüb.

44 filmi