Azərbaycan əsas idxal bazarından zərgərlik məmulatlarının alışını kəskin artırıb

Biznes
  • 13 aprel, 2023
  • 12:36
Azərbaycan əsas idxal bazarından zərgərlik məmulatlarının alışını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 367,8 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,3 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,6 dəfə çoxdur) 11,7 kiloqram (+4,8 dəfə), Fransadan 541,3 min ABŞ dolları dəyərində (+74 dəfə) 1 kiloqram (+10 dəfə), İsveçrədən 421 min ABŞ dolları dəyərində 2,4 kiloqram, Türkiyədən 182 min ABŞ dolları dəyərində (+58,3 %) 171 kiloqram (+58 %), Çindən 180,1 min ABŞ dolları dəyərində (+7,8 dəfə) 178,7 kiloqram (+8 dəfə) məhsul gətirib.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilən 27 milyon ABŞ dolları dəyərində zərgərlik məmulatlarının 50,4 %-i İtaliyanın payına düşüb.