Azərbaycan Burundidən qəhvə idxalını bərpa edib
- 31 mart, 2023
- 14:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 261 min ABŞ dolları dəyərində 34,7 ton qəhvə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Türkiyədən 88 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,5 dəfə çoxdur) 10,7 ton (+7 dəfə), Braziliyadan 86,2 min ABŞ dolları dəyərində (+29 dəfə) 16,5 ton (+47 dəfə), Rusiyadan 20 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 2,3 ton (+87 %), İtaliyadan 13,7 min ABŞ dolları dəyərində (-89 %) 0,9 ton (-91,3 %), Kolumbiyadan 11 min ABŞ dolları dəyərində (+5 %) 1,15 ton (+29,2 %) məhsul gətirilib.
Bir il 7 ayın tamamında Azərbaycan Burundidən qəhvə idxalını (1,4 min ABŞ dolları dəyərində 0,1 ton) bərpa edib.