Azərbaycan bu il Volqoqraddan 4,5 min ton taxıl idxal edib

Biznes
  • 16 fevral, 2023
  • 12:28
Azərbaycan bu il Volqoqraddan 4,5 min ton taxıl idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Rostov, Volqoqrad və Həştərxan vilayətləri və Kalmıkiya üzrə İdarəsi, bu il Volqoqrad vilayətindən ixrac edilmiş 15,5 min ton bitki məhsullarına nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, ixrac məhsullarının 94,8 %-i və yaxud 14,7 min tonu taxıl və onun emal məhsullarının payına düşüb.

Hesabat dövründə Volqoqraddan taxıl və onun emal məhsullarının əsas istehlakçısı Azərbaycan olub. Azərbaycan 4,5 min ton taxıl və onun emal məhsullarını idxal edib ki, bu da, regionun ümumi ixracının 30,6%-ni təşkil edib.

Bu dövrdə Volqoqrad vilayətindən 18 ölkəyə taxıl göndərilib.

"Rosselxoznadzor" bu məhsulların idxalçı ölkələrin fitosanitar tələblərinə cavab verməsi və Rusiyadan kənara çıxarılmasına icazə verilməsi ilə bağlı 428 fitosanitar sertifikat verib.

44 filmi