Azərbaycan bu il qızıl ixracından 15 milyon dollardan çox qazanıb

Biznes
  • 31 mart, 2023
  • 08:56
Azərbaycan bu il qızıl ixracından 15 milyon dollardan çox qazanıb

Bu ilin fevral ayında Azərbaycan 9,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 28,5 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 15,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da bir il əvvəlki göstəriciyə nisbətən 5,1 milyon ABŞ dolları və ya 25 % azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.