Azərbaycan bu il Permdən 150 min kubmetr meşə məhsulları idxal edib

Biznes
  • 25 iyul, 2024
  • 11:12
Azərbaycan bu il Permdən 150 min kubmetr meşə məhsulları idxal edib

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Perm vilayətindən 149,8 min kubmetr meşə məhsulları idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni sdövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

Təkcə iyulun 18-də “Rosselxoznadzor”un Kirov, Udmurt və Perm üzrə İdarəsi Azərbaycana ixracı nəzərdə tutulan 16,55 min kubmetr meşə məhsuluna karantin fitosanitar nəzarəti həyata keçirib. İxrac edilən mallarda karantin obyekti aşkar edilməyib.

44 - Tezliklə