Azərbaycan 3 ölkədən qızılbalıq idxalını kəskin artırıb
- 04 fevral, 2023
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 11 ayında Azərbaycana 3,455 milyon ABŞ dolları dəyərində 542,32 ton qızılbalıq (təzə və dondurulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Hesabat dövründə Çilidən 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 340,69 ton (+91 %), Norveçdən 866,1 min ABŞ dolları dəyərində (+63 %) 131,6 ton (+55,3 %), Lüksemburqdan 363 min ABŞ dolları dəyərində (+79 %) 23,66 ton (+60 %), Farer adalarından 48 min ABŞ dolları dəyərində 25,6 ton (6 il 6 aydan sonra tədarük bərpa edilib), Kanadadan 40,7 min ABŞ dolları dəyərində 13,6 ton (2 il 7 aydan sonra tədarük bərpa edilib) balıq alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi (10 ölkədən) 448 ton qızılbalığın 45 %-i Çilinin, 21 %-i Norveçin payına düşüb.