Azərbaycan 3 Latın Amerika ölkəsindən un tədarük etməyə başlayıb

Biznes
  • 28 noyabr, 2023
  • 07:12
Azərbaycan 3 Latın Amerika ölkəsindən un tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 19 milyon ABŞ dolları dəyərində 65 min 248 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 18,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 65 min 568 ton (+3 dəfə), Türkiyədən 167,54 min ABŞ dolları dəyərində (+58,5 %) 166 ton (+2,7 dəfə), İtaliyadan 34,6 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 15,3 ton (+3,6 dəfə), Lüksemburqdan 21,2 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 6,11 ton (+2,6 dəfə), Fransadan 15 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 9,72 ton (+3,6 dəfə) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kolumbiya (0,1 min ABŞ dolları dəyərində 0,01 ton), Meksika (0,11 min ABŞ dolları dəyərində 0,04 ton) və Paraqvaydan (0,13 min ABŞ dolları dəyərində 0,03 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 29,7 min ton unun 97,98 %-i Rusiyanın payına düşüb.