FAO: Dünya əhalisinin təxminən 1/3-i sağlam qidalanmaq imkanından məhrumdur

ASK
  • 16 oktyabr, 2026
  • 10:53
FAO: Dünya əhalisinin təxminən 1/3-i sağlam qidalanmaq imkanından məhrumdur

Dünya əhalisinin təxminən 1/3-i sağlam qidalanmaq imkanından məhrumdur.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat Bakıda keçirilən "Ümumdünya Qida Günü 2026" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu qlobal çağırışlar Azərbaycanda da kənd təsərrüfatı üçün mühüm suallar doğurur: "Bu gün əsas məsələ fermerlərin sudan daha səmərəli istifadə etməsi, çətin hava şəraitinə uyğunlaşması, məhsullarını qoruyaraq itkiləri azaltması və daha əlverişli bazarlar tapmasıdır. Kənd təsərrüfatı Azərbaycan əhalisinin dolanışığında mərkəzi rol oynayır. İstər ovalıqlardakı taxılçılıq, istər digər bölgələrdəki meyvə-tərəvəz və fındıqçılıq olsun, fermerlər müxtəlif şəraitlərdə çalışırlar. Lakin onların qarşılaşdığı çətinliklər oxşardır: məhdud su resursları, artan istehsal xərcləri və iqlim dəyişikliyinin mənfi təsirləri".

"İnnovasiyalar suvarma sistemlərinin yaxşılaşdırılmasına, hava şəraiti haqqında vaxtında məlumat əldə edilməsinə və rəqəmsal satış kanallarının qurulmasına imkan verir. Lakin innovasiya mütləq mürəkkəb və yaxud bahalı texnologiya demək deyil. Sudan qənaətlə istifadəni təmin edən, tullantıları azaldan və yaxud fermerin gəlirini artıran hər bir sadə həll də bir innovasiyadır. Əsas şərt onun sahədə real nəticə verməsidir",- deyə FAO rəsmisi əlavə edib.

44 - Tezliklə