Azərbaycanda aqrar sektor 1 %-dən çox artıb
- 13 oktyabr, 2026
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,9 %, bitkiçilik məhsullarının istehsalı isə 0,5 % çoxalıb. Məhsulun 51 %-i bitkiçiliyin, 49 %-i heyvandarlığın payına düşüb.
Kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 420,3 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 8,2% çox dənli və dənli paxlalı bitkilər, 3 milyon 457 min ton (0,1 % çox) yem bitkiləri, 1 milyon 583,2 min ton (5,2 % az) tərəvəz, 864,8 min ton (1,1 % az) kartof, 842,6 min ton (5 % çox) meyvə və giləmeyvə, 441 min ton (3,9 % az) bostan məhsulları, 205,9 min ton (40,5 % çox) şəkər çuğunduru, 156,4 min ton (5,2 % az) üzüm, 32,2 min ton (11,6 % çox) dən üçün günəbaxan, 22 min ton (4,2 % çox) pampıq, 6 min ton (2,1 % az) tütün, 1 199 ton (7,1 % çox) yaşıl çay yarpağı yığılıb.
Hesabat dövründə diri çəkidə 447,4 min ton ət, 1 milyon 698,8 min ton süd, 1 milyard 810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3 %, yumurta istehsalı 1,2 % artıb. İllik müqayisədə süd istehsalı eyni qalıb, yun istehsalı 3,4 %, barama istehsalı isə 16,5 % azalıb.