Azərbaycan "BlackRock" ilə mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

ASK
  • 16 oktyabr, 2026
  • 12:28
Azərbaycan BlackRock ilə mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-nin "BlackRock" şirkəti arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Tailandın paytaxtı Banqkoka işgüzar səfər çərçivəsində "BlackRock"un rəhbər heyəti ilə görüş keçirib. Görüş zamanı ölkəmizdə investisiya mühitinin daha da möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, kapital bazarının dərinləşdirilməsi, həmçinin maliyyələşmə mənbələrinin şaxələndirilməsi istiqamətində nəzərdə tutulan prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.